IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mədəniyyət tədbirləri davam edir

 

 

   Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yarış proqramının artıq yarıdan çoxu arxada qalıb. Mötəbər tədbir münasibətilə hazırlanan mədəni proqramlar da davam edir. Paytaxtın əksər teatrları bu günlər Bakıya gələn əcnəbi qonaqları da nəzərə alaraq repertuarlarındakı tamaşaların bir çoxunu ingilis dilində titrlərlə təqdim edirlər.

   IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlanan konsert proqramları da zəngindir. Xəbər verdiyimiz kimi, mayın 16-da Beynəlxalq Muğam Mərkəzində başlananMuğam axşamları” adlı yeni layihənin ilk konserti İslam Həmrəyliyi Oyunlarına həsr olunmuşdu.

   Mayın 17-də burada İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş daha bir konsert təqdim olundu. Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyiNatiqritm qrupununRitm varsa, həyat var” adlı proqramında müxtəlif milli musiqi ritmləri səsləndirildi.

   Musiqi mədəniyyətimizin tarixində zərb alətlərinin birgə ahəngini gerçəkləşdirən “Natiqritm qrupu bir daha tamaşaçıları təəccübləndirməyi bacardı. Konsertdə əvvəlcə həyatın hər anında, təbiətdə mövcud olan hər səsdə ritmin mövcudluğunu nümayiş etdirən videoçarx nümayiş olundu.

   SonraRitm varsa, həyat var” adlı kompozisiyalar səsləndi. Qrupun ifasında “Qatar” kompozisiyası, “Mehriban” kompozisiyası, “Qaval rəqsi”, “Bir qəlbdə iki ruh”, “Sözritm”, “Nağarada arabesk”, “Qaytağı” musiqi nömrələri alqışlarla qarşılandı. Qrupun tərkibində Ümid Şirinov, Hikmət Rzayev, Elbəy İsgəndərov, Seymur Cəbrayılov, Fərid Nəzirov, Məqsəd Əzizov, Namiq Şirinov, Bayram Üzeyirov, Anar AbbasovSamir Əliyev çıxış edirdilər.

   Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində pianoçu Elçin Şirinovqrupunun konsert proqramı da IV İslam Həmrəyliyi Oyunları çərçivəsində reallaşacaq.

   * * *

   Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı paytaxtın Sabir bağında IV İslam Həmrəyliyi Oyunlarının iştirakçı ölkələrinin mədəniyyət günləri davam edir. Mayın 13-də burada İranın, ayın 14-də isə İndoneziya və Malayziyanın mədəniyyət günləri keçirilmişdi.

   Milli Turizm Təbliğat Bürosundan verilən məlumata görə, mayın 19-da Sabir bağında Misirin Azərbaycandakı səfirliyi ilə birgə bu ölkənin mədəniyyət günü keçiriləcək. Tədbir proqramına sərgi və konsert daxildir.

   20-21 may tarixində isə Sabir bağında Türkiyənin mədəniyyət günləri təşkil olunacaq. Tədbirlərdə İstanbulBursadan rəqqas və ifaçılar çıxış edəcək.

   Hər iki tədbirdə rəsmi şəxslərin və ölkə idmançılarının da iştirakı nəzərdə tutulur.

  

   F.Hüseynov

 

Mədəniyyət.- 2017.- 19 may.- S.2.