Unudulmuş unudulmaz” sərgisinin açılışı oldu

 

 

 

   Sərgidə repressiyaya məruz qalmış rəssamların əsərləri yer alıb

  

   Bu il Beynəlxalq Muzeylər Şurasının (İCOM) irəli sürdüyü "Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi" devizinə uyğun olaraq Azərbaycan muzeyləri "1920-1950-ci illərdə repressiyalar" adlı tədbirlər təşkil edir.

   Bu münasibətlə mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində “Unudulmuş unudulmaz” adlı rəsm sərgisinin açılışı keçirildi. Tədbiri muzeyin baş mühafizi Nailə Rəhimova açaraq günün mahiyyəti, önəmi, sərgidəki müəlliflər haqqında tamaşaçılara geniş bilgi verdi.

   Bildirdi ki, 1920-1950-ci illərdə Azərbaycanda repressiyaya məruz qalan insanlar içərisində sənətkarlar, özəlliklə rəssamlar və onların övladları da vardı. Sovet və Azərbaycan sənətşünasları həmin rəssamların yaradıcılığı haqqında geniş yazsalar da, ancaq dözülməz şəxsi həyatları işıqlandırmayıblar. Çıxışçı bu layihənin XX yüzilin birinci yarısında sovet rəhbərliyi tərəfindən həyata keçirilmiş repressiya qurbanlarına həsr olunduğunu söylədi.

   Sonra tədbir iştirakçıları repressiyaya məruz qalmış rəssamların müxtəlif janrlarda işlədikləri əsərlərlə yaxından tanış oldular.

   Sərgidə sürgün həyatı yaşamış Ələkbər Rzaquliyev, Həsən Haqverdiyev, eləcə də valideynlərinin “antisovet fəaliyyəti”nə görə repressiyanın günahsız qurbanları olmuş VidadiToğrul Nərimanbəyovlar, OqtayToğrul Sadıqzadələr, Tahir Salahov kimi rəssamların əsərləri yer alıb. Bu sırada Ə.Rzaquliyevin “Aşıq Ələsgər”, “Kəlin nallanması”, O.Sadıqzadənin “Qızlar bulağında”, “Aylı gecə”, T.Nərimanbəyovun “Muğam”, “Bahar”, “Sevinc”, T.Salahovun “Çənlər”, “Səhər eşalonu”, H.HaqverdiyevinBahar”, “İki göyərçin”, V.Nərimanbəyovun “Xatirə”, “Yolda”, T.Sadıqzadənin “Xoşbəxtlik”, H.Nəzərovun “Şair Mikayıl Müşviqin portretikimi 70-dən çox rəngkarlıq və qrafik əsərləri var.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 19 may.- S.3.