Milli Dram Teatrında Məhluqə Sadıqovanın xatirəsi yad ediləcək

 

 

 

   Mayın 19-da Akademik Milli Dram Teatrında görkəmli teatrkino xadimi, Xalq artisti Məhluqə Sadıqovanın (1917-2003) xatirə tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq xatirə gecəsində Məhluqə Sadıqovanın Azərbaycan teatrkinosunda xidmətlərindən danışılacaq, yaratdığı obrazlar qalereyasına nəzər salınacaq.

   Mərasim Branislav NuşiçinNazirin xanımı” əsərinin tamaşası ilə davam etdiriləcək. 1970-ci ildə Akademik Dram Teatrının səhnəsində görkəmli rejissor Tofiq Kazımovun quruluş verdiyiNazirin xanımı” tamaşasında Məhluqə Sadıqova Nata xanım obrazını canlandırıb.

 

Mədəniyyət.- 2017.- 19 may.- S.3.