Bölgələrdə turizmlə bağlı təlimlər

 

 

   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi bölgədə turizm potensialının yüksəldilməsi ilə bağlı təlimləri davam etdirir. Bərdə Turizm İnformasiya Mərkəzi ilə birlikdə Yevlaxda keçirilən növbəti təlimdə turizm imkanlarının tanıdılması və bölgəyə daha çox turist cəlb olunması ilə bağlı müzakirələr aparılıb.

   Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov son illərdə bölgələrə səfər edən turistlərin sayının artdığını bildirib. Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Səbuhi Qasımov bölgənin turizm imkanları kimi tarixi abidələrin, müalicəvi əhəmiyyətli termal su mənbələrinin, həmçinin ovçuluq turizmi olan balıq ovunun əhəmiyyətini diqqətə çatdırıb.

 

Mədəniyyət.- 2017.- 19 may.- S.4.