Görkəmli şairin 300 illiyinə həsr olunmuş oxucu konfransı

 

 

 

   Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon MKS-nin Elmar Hüseynov adına Mərkəzi kitabxanasında görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş oxucu konfransı keçirilib.

   MKS-nin direktor müavini Münəvvər Süleymanlı, Metodikabiblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova, şəhər 1 saylı kitabxana filialının müdiri Solmaz Nağıyeva və başqaları Vaqifin həyat və yaradıcılığı haqqında danışıblar.

   Qazax Sosial-İqtisad Kollecinin 1-ci kurs tələbələri Səməd VurğununVaqif” dramından parça təqdim ediblər.

 

 

Mədəniyyət.- 2017.- 19 may.- S.7.