Vaşinqtonda “Əli və Ninofilminin təqdimatı keçirilib

 

 

   Mayın 16-da Azərbaycanın və Gürcüstanın ABŞ-dakı səfirliklərinin birgə təşkilatçılığı ilə Vaşinqtonda Hərbi Dəniz Qüvvələrinin Xatirə və İrs Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilmiş “Əli və Ninofilminin təqdimatı keçirilib.

   ABŞ rəsmilərinin, Vaşinqtonda akkreditə olunmuş səfirlərin və yüksək rütbəli diplomatların, ictimai xadimlərin iştirak etdikləri tədbir ziyafətlə başlanıb. Sonra səfir Elin SüleymanovDavid Bakradze nitq söyləyiblər.

   Səfir David Bakradze Gürcüstan ilə Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə toxunub, hər iki ölkəni bir-birinə yaxın edən əlaqələrdən danışıb. Filmin mahiyyətinə toxunan D.Bakradze bu əsərdə iki xalqın birgə tarixinin əks olunduğunu qeyd edib.

   Səfir Elin Süleymanov Azərbaycan ilə Gürcüstan arasındakı dostluq və qardaşlıq əlaqələrinə toxunub. O, nümayiş etdiriləcək əsərin tarixi əhəmiyyətindən danışıb. E.Süleymanov, həmçinin bu filmin çəkilməsinə böyük səylər göstərmiş yaradıcı heyətə təşəkkürünü bildirib və icraçı prodüser Leyla Əliyevanın böyük zəhmətini xüsusi vurğulayıb. Sonra film nümayiş olunub.

   Xatırladaq ki, Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında 2015-ci ildə beynəlxalq heyətin iştirakı ilə ekranlaşdırılan filmin prodüseri Kris Tikyer, rejissoru Asif Kapadia, ssenari müəllifi Kristofer Hemptondur. Baş rolları “Oskar” mükafatçısı Adam BakriMaria Valverde oynayıb.

   2016-cı ildə ekranlara çıxan film oktyabrda ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Asian World Film Festival” çərçivəsində kinosevərlərə təqdim edilib. Ekran əsərinin Nyu-York premyerası isə noyabrdaSunshine” kinoteatrında gerçəkləşib.

 

Mədəniyyət.- 2017.- 19 may.- S.8.