Beynəlxalq türk dili və ədəbiyyatı bilgi şöləni

 

 

 

   Mayın 12-dən 14-dək Türkiyənin Ərzurum şəhərində Atatürk UniversitetiTürkiyat Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə Beynəlxalq türk dili və ədəbiyyatı bilgi şöləni keçirilib.

   Tədbirə müxtəlif ölkələrdən 200 nümayəndə qatılıb. Ölkəmizi bu şöləndə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli təmsil edib. Alim “Əhməd Yəsəvinin “Divan-i hikmət” əsərində əski türk sözləri” mövzusunda çıxış edib.

   Tədbirdə ümumilikdə 43 panel iclası keçirilib, müxtəlif türk xalqlarının ədəbiyyatı və dilləri ilə bağlı 200 məruzə dinlənilib.

 

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 19 may.- S.10.