Sərt üslub”un ilk qaranquşu

 

 

   Bir əsərin tarixçəsi

  

   Söhbət görkəmli fırça ustası, SSRİ Xalq rəssamı, akademik Tahir SalahovunNövbədən qayıdanlar” (1957) adlı rəngkarlıq əsərindən gedəcək.Bir əsərin tarixçəsi”ndə artıq üçüncü dəfədir ki, keçmiş SSRİ-nin mərkəzi şəhərlərində ali ixtisas təhsili alan həmyerlilərimizin diplom işlərindən söz açırıq.

   Bundan öncə Moskvada təhsil almış Vəcihə Səmədovanın Sankt-Peterburqda oxumuş Vaqif Ucatayın əsərlərinin bədii-estetik məziyyətlərindən danışmışdıq. Qeyd edək ki, V.Səmədova V.Ucatayın diplom işlərinin diqqət çəkməsində onların Azərbaycan tarixinin müəyyən səhifələrinin bədiiləşdirilməsi baxımından önəm daşımışdısa, T.Salahovun haqqında söz açmaq istədiyimizNövbədən qayıdanlartablosu isə həm zamanında keçmiş SSRİ məkanında bədii proseslərin fərqli məcraya yönəldilməsində önəmli rol oynamışdı. Başqa sözlə desək, uzun illər ərzində bir qədərsoyuq-qururealizmin əsas bədii ifadə vasitəsi hesab olunduğu sovet rəssamlığı məkanına canlanma gətirmiş, az sonra sənət tarixçilərininsərt üslubkimi terminləşdirəcəkləri həyata onun hadisələrinə yeni bədii baxışın başlanğıcını qoymuşdu.

   Əslində, sovet təsviri sənətində dəyişikliyə meylin ilk işartıları artıq ötən əsrin 50-ci illərinin ortalarında duyulmağa başlamışdı. Amma bu meyl bir qədər xaotik tutum aldığından yaradıcı gənclərin əsas axtarışlarının istiqamətini müəyyənləşdirmək ümumiləşdirmək bir qədər çətin idi. Etiraf edək ki, rəssamların artıq ənənəviləşən çoxlarına darıxdırıcı görünənbədii ehkam”ların yeni ruha köklənməsində sovet ideoloqlarının özləri maraqlı idilər. Onların 1954-cü ilin yanvarında Moskvada - Mədəniyyət işçilərinin Mərkəzi evində gənc rəssamların çəkdikləri etüdlərdən ibarət sərgi təşkil olunmasına icazə vermələri bunun təzahürü idi. Bu gün zaman distansiyasından qətiyyətlə demək olar ki, rəngkarların yaradıcı təxəyyüllərinin daha təravətli ifadəsi olan həmin etüdlərdə tamaşaçılar ilk dəfə həyat hadisələrinə çox səmimi emosional münasibəti gördülər. Bu da hamıda yaxın vaxtlarda daha irihəcmli tablolarda gerçəkliyi həm romantik duyğulara bələməyə meylli olan axtarışların daha dolğun ifadəsini görməyə inandırırdı.

   Elə o vaxtlar V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil alan gənc Tahir Salahov da 1954-cü ilin yayında Qazaxıstanda işlədiyi etüdləri (“Xam torpağın sakini”, “GecəAqronom”) paytaxtda xam torpaqlara həsr olunmuş sərgidə nümayiş etdirməklə özünün yeniliyə meylli - geniş yaradıcı potensiala malik olduğuna həmkarlarını inandırmışdı. O vaxtlar Moskva mətbuatında yer almış məqalələrdə gənc azərbaycanlı fırça ustasının əsərlərinin təqdir olunması da onun yaradıcılıq axtarışlarına ümidlə baxmağa əsas verirdi.

   1955-ci ilin yayında Bakıya yay tətilinə gələn Tahir Salahov respublikanın ədəbiyyat incəsənət xadimlərindən ibarət qrupun tərkibində yenicə istismar olunan dünyanınsəkkizinci möcüzəsiadlandırılan məşhur Neft daşlarında olur. Gördüklərini çoxsaylı mənzərə portretlərdə əbədiləşdirən rəssam geriyə zəngin təəssüratla qayıdır. Onun 1955-ci ildə təşkil olunan respublika sərgisində nümayiş olunanDalğalarEstakadaəsərləri bu səfərin hamıya maraqlı görünə biləcək dəyərli bədii ifadəsi olur.

   Rəssamın tələbəlik illərində dənizlə bağlı yaratdığıXəzər axşamı”, “Neft daşları s. əsərləri onu bu mövzuda diplom işi çəkməyə həvəsləndirir. Belə ki, gecə-gündüz sahildən uzaqlarda - açıq dənizdə dalğaların qoynunda, “Xəzri”nin təzyiqləri altındaqara qızılçıxaranlarla ünsiyyətdə olan gənc rəssam bu cəsur insanların obrazlarını bir an belə unuda bilmirdi. İstəyi açıq dənizdə müşahidə etdiyi neftçi fədakarlığına müvafiq əsər yaratmaq idi. Onun niyyəti institut rəhbərliyi tərəfindən təqdir olunur o, irihəcmli tablo üzərində (165x368 sm) işə başlayır.

   Gənc rəssam müasir bir qədər ənənəvi mövzuya müraciət etməsinə baxmayaraq, diplom işində fədakar əməkdən qaynaqlanan, romantikliyin təminatçısı olan poetik ritmi dinamikanı özünəməxsus sərt bədii şərhlə göstərmək istəyirdi. Onun yaradıcı səyləri nəticəsiz qalmadı. Beləliklə, Tahir Salahov 1957-ci ildə professor P.D.Pokarjevskinin rəhbərliyi altındaNövbədən qayıdanlaradlı diplom işiniəlaqiymətlə müdafiə edərək sovet təsviri sənətində yeni səhifə açdığını təsdiqlədi.

   Bədii-estetik tutumuna görə sovet incəsənətində novatorluğun nümayişi kimi qəbul olunan bu əsər, sözün əsl mənasında, elə o gündən gənc rəssamıntanınma nişanı”na çevrilməklə onuuğur atı”na mindirdi, desək, yanılmarıq.

   İlk baxışda bir qədər də sadə görünən üfüqi kompozisiya dəniz neftçilərinin növbəsindən qayıdışına həsr olunmuşdur. Rəssam onların neftçilər üçün salınmış şəhərcikdəki yataqxanaya dönüşlərinə bədii görkəm verməyə çalışıb. Müəllif polad borular üzərində taxtalardan salınmış yolla irəliləyən gənc neftçiləri fədakar əməyin romantikasına bələdiyindən, onlar cəlbedici olduqları kimi, həm də duyğulandırıcıdırlar. Taxta yola hər iki tərəfdən “sığal” çəkən dalğaların və bəyaz qağayıların ritmli uçuşunda əməyin ruhlandırıcılığını və ecazkar məkanın duyğulandırıcılığını şərtləndirən bədii məqamlar kifayət qədərdir. Bunu küləyə qarşı irəliləyən gənc oğlan və qızların vüqarlı duruşlarından və qətiyyətli addımlarından da duymaq mümkündür. Neftçi fiqurlarının işıqlı fonda axıcı ritmə əsaslanan özünəinamlı düzülüşləri, onların açıq dənizdə tez-tez üzləşdikləri küləyə mətanətlə duruş gətirmələrini göstərən ifadəli siluetləri də bunu təsdiqləyir. Günəş şüalarının təsiri ilə sarımtıl-bəyaz görkəm almış havanın və ətraf mühitin əmək adamlarının fiqurlarına təsirini böyük ustalıqla bədiiləşdirən rəssam, süjetin əmək adamlarını sınağa çəkən “sərt” məkanla bağlılığına baxmayaraq, onu işıqlı-nikbin çalara bələməklə, bir qədər də lirik-poetik ruha köklənməsini şərtləndirmişdir. Bu əsər sonrakı illərdə yaradacağı müxtəlif janrlı lövhələrində bir qədər də “sərt”ləşəcək Tahir Salahovun kolorit-rəng baxımından ən zəngin tablolarından sayılmaqdadır.

   Əsərdə “sərt üslubun səciyyəvi bədii məziyyətlərindən sayılan lakonizmin qabarıqlığını “rəng seli”ndə yüksək sənətkarlıqla “əridən” gənc rəssam hava, dəniz və fiqurlar arasında cəlbedici bədii əlaqə yaratmağa nail olmuşdur. Onun rəng palitrası nə qədər yığcam olsa da, müxtəlif çalarların məntiqli qarışması ilə kolorit dolğunluğu, süjetin cəlbediciliyi və yaddaqalanlığı əldə olunmuşdur...

   Hazırda Rusiya Rəssamlıq Akademiyası Elmi-Tədqiqat Muzeyinin (Sankt-Peterburq) eksponatı olan əsər elə yarandığı ildə diplom işlərinin ümumittifaq sərgisində uğurla nümayiş etdirilmiş, ən tələbkar sənət xiridarlarının rəğbətini qazanmışdı. 1957-ci ilin sonlarında isə əsər Böyük Oktyabr sosialist inqilabının ildönümünə həsr olunmuş ümumittifaq sərgisində (Moskva) rəğbətlə qarşılandı. Bir il sonra əməyin romantikasını əks etdirən “Növbədən qayıdanlar”ı sosialist ölkələrinin təsviri sənəti sərgisində gördülər. Bir sözlə, özündə əmək mövzusunun ictimai mahiyyətə bələnməsini ehtiva edən bu tablo sovet, o cümlədən də Azərbaycan təsviri sənətinin ən böyük uğuru kimi dəyərləndirildi.

   O vaxt Tahir Salahovun və SSRİ məkanında yaşayan bir neçə həmfikrinin (N.Andronov, V.İvanov, P.Ossovski, V.Popkov, N.Qasımov və s.) əmək motivlərini poetikləşdirmələri sovet incəsənətində əvvəllər mövcud olmayan yeni bədii nəfəsin təzahürü - yeni mərhələnin başlanğıcı idi. O dövrdə gənc rəssamların yeni sənət axtarışları daha çox əmək mövzusu ilə “pərdələndiyindən” rejim ideoloqlarının ciddi etirazı ilə qarşılanmadı. Əvəzində 1968-ci ildə T.Salahovun “sərt üslublu əsərlərinin SSRİ Dövlət mükafatına layiq görülməsi bu cərəyanın dolayısı təqdiri oldu...

  

   Ziyadxan Əliyev

   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2017.-19 may.- S.12.