Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!

 

 

   IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirildi

  

   Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyündü. İslamiadanın yarışları, sözün həqiqi mənasında, əsl idman həmrəylik bayramına çevrildi, maraqlı parlaq qələbələrlə yadda qaldı. “Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı.

   Mayın 22-də Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirildi. Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasseri hərarətlə salamladılar.

   * * *

   “Bakı-2017”nin uğurunu şərtləndirən iki amili xatırlatmaq yerinə düşər. Yarışların gedişi bir daha təsdiqlədi ki, Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara yüksək səviyyədə hazırlıq görülüb. Bakının 16 idman arenası on gün ərzində tam qüsursuz fəaliyyət göstərdi yaradılan şərait həm idmançıların, həm tamaşaçıların ürəyincə oldu. Əminliklə demək olar ki, Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazıldı.

   Oyunların uğurunu təmin edən digər mühüm amil son illər Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. Azərbaycan ilk Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, Formula-1 kimi mötəbər yarışlara uğurla ev sahibliyi edib, özünü dünyada idman ölkəsi olaraq tanıda bilib. IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qələbələri bunun daha bir nümayişi oldu.

   54 ölkədən 3 mindən çox idmançının qatıldığı, idmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan idmançıları komanda olaraq yarışları birinci pillədə başa vurublar: 75 qızıl, 50 gümüş 37 bürünc medal. Türkiyə ikinci (71 qızıl, cəmi 195 medal), İran üçüncü (39 qızıl, cəmi 98 medal), Özbəkistan dördüncü (15 qızıl, cəmi 63 medal), Bəhreyn beşinci (12 qızıl, cəmi 21 medal) yerdə qərarlaşıb. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları medal qazanıb.

   * * *

   Oyunların açılış mərasimində olduğu kimi, bağlanış mərasimi rəngarəng kompozisiyalarla yadda qalıb. Meydandakı nəhəng səhnə tərtibatı İslam incəsənətinin həndəsi naxışlarına ənənəvi Azərbaycan xalçalarının elementlərinə əsaslanmışdı. Səhnənin mərkəzində döymə üsulu ilə hazırlanmış hamarlanmış diametri 8 metr olan böyük su sinisi hündürlüyü 25 metrə çatanHəyat ağacıyerləşdirilmişdi.

   Stadiondakı nəhəng monitorda İçərişəhər canlandı. Gənc qadın burada havaya qızılı toz üfürdü. Gilavar qonaqpərvərliyi xeyirxahlığı ilə məşhur olan ölkəmizdə hər qapını açaraq onu bütün Azərbaycana yaydı.

   Azərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri tərəfindən stadiona gətirilərək, dövlət himninin sədaları altında dirəyə qaldırıldı. İdmançıların paradı başladı. İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlər öz ölkələrinin milli bayraqları ilə stadiona daxil oldular.

   Səhnədə quraşdırılmışHəyat ağacı”na su verildi o, rişə atmağa başladı. Aktyorlar qrupu üç rəngdə - yaşıl, qəhvəyi göy rəngdə 60 ipək zolaqla səhnəyə çıxdılar. Süni quşlar onların başları üzərində uçur bu zaman ipək zolaqlar birləşərək gözəl mənzərə yaradır. Yaşıl rəng - meşələri, qəhvəyi - dağları, göy isə çayları təcəssüm etdirirdi. İpək zolaqlar sonda Azərbaycan bayrağının formasını aldı.

   Stadiondakı ekranlarda 10 günün idman yarışlarından epizodlar nümayiş etdirildi. Şərəfli ölkə”, “Xəzərin üzərində nur”, “Həmrəylik ruhukompozisiyaları bir-birini əvəzlədi. Bakı İslamiadanın birlik həmrəylik ruhunu dünya ilə bölüşdü.

   * * *

   Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva bildirdi ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın növbəti tarixi qələbəsidir. Azərbaycanın milli komandası medallar cədvəlində birinci yer tutaraq, bizi bir daha fərəhləndirdi: “Bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi birliyinin təntənəsidir. Gəlin, hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək”.

   Mehriban Əliyeva əmin olduğunu bildirdi ki, 50-dən çox ölkəni təmsil edən idmançılar paytaxtımızın qonaqları Azərbaycanla bağlı xoş xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar: “Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Bu Oyunlar bir çox digər mühüm beynəlxalq idman, humanitar siyasi tədbirlər Bakının açıqlıq tolerantlıq mərkəzi kimi nüfuzunu daha da möhkəmləndirdi. Paytaxtımız İslam idman ictimaiyyətini açıq qəlblə qəbul etdi bu Oyunların uğurlu olması bütün Azərbaycanın fədakarlığına qəhrəmanlığına işarədir. Bütün dünyadan gəlmiş qonaqlarımız özünün qədim irsinə ənənələrinə sadiq olan, gələcəyinə qətiyyətlə baxan ölkənin - Azərbaycanın zəngin mədəniyyəti məşhur qonaqpərvərliyi ilə tanış oldular. Biz açıq qəlblə sizi yenidən Azərbaycanda görməyimizi səmimiyyətlə arzulayırıq”.

   Təşkilat Komitəsinin sədri bu möhtəşəm tədbirdə iştirak etmiş hər bir şəxsə, idmançılara tamaşaçılara, təşkilatçılara könüllülərə təşəkkürünü bildirdi: “Mən qürur hissi ilə IV Bakı İslam Həmrəyliyi Oyunlarını bağlı elan edirəm.

   Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!”

   * * *

   İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser çıxışında vurğuladı ki, bu möhtəşəm idman bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu: “Dörd ildən sonra “İstanbul-2021” Oyunlarını qeyd etmək üçün bir daha bizə qoşulmağınızı səmimiyyətlə arzulayıram. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!”

   * * *

   Monitorlarda 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərindən görüntülərin, idman qurğularının əks olunduğu videoçarx nümayiş etdirildi. Türkiyənin dövlət himni - “İstiqlal marşısəsləndirildi Azərbaycan bayrağının yanında qardaş ölkənin bayrağı qaldırıldı.

   Bağlanış mərasimi “Birlik” adlı konsertlə davam etdi və Bakı Olimpiya Stadionunun üzərində möhtəşəm atəşfəşanlıqla başa çatdı.

 

Mədəniyyət.- 2017.- 24 may.- S.3.