Bu dünyadakı hər kəsin görünməyən bağları var ki...

 

 

   Leyli Məcnunmarionet tamaşasından yaranan təəssürat

  

   Belə deyirlər ki, incəsənətin bütün sahələrinin bir-birinə oxşarlığı var, ya da biri digərinin davamıdır. Teatrın kinoya, portret mənzərə janrlarının fotoqrafiyaya təbii təkamülü digər bu sayaq sənət metamorfozlarını çözmək fikrində deyilik. Marionet teatrı da bir yandan geniş teatr cameəsinin elitar üzvüdürsə, digər tərəfdən zərgərlik kimi incə bir sənətlə qonşudur. Ya da öz inkişafına görə zərgər zövqlü zərgər səbirli kuklaçılara borcludur.

   Hər halda ötən cümə (19 may) Bakı Marionet Teatrının paytaxtdakı digər teatrları iltifatla qonaq etdiyi tamaşasının seyrindən sonra insan belə düşünməyi haqq edir.

   * * *

   Hamılıqla toplaşıb ölməz Üzeyirin əbədiyyət bəxş etdiyi «Leyli Məcnun» operasının bəstəkar Salman Qəmbərov tərəfindən bu teatr üçün uyğunlaşdırılmış variantını dinlədik, teatrın aktyorlarının can verdiyi kuklalarınifa”sında da dünyanın ən qəmli eşq hekayətini seyr etdik.

   Cəmi 14 epizoda sığışmış, əsas personajlarının sayı səkkizə endirilmiş «Leyli Məcnun» marionet operasının seyri insanı çeşidli duyğulara kökləyir. Qara qutu prinsipində qurulmuş tamaşa, seyrçinin diqqətini yayındırmamaq üçün başdan-ayağa qara geyinmiş, hətta bəzi səhnələrdə üzlərinə qara niqab salmış aktyorlar marionet kuklaları musiqinin ritminə, tamaşanın ovqatına uyğun hərəkət etdirir, nəfəsini dərmədən səhnəni izləyən bizləri qədim, erkən orta əsrlər yadigarı əhvalatın dövrünə aparırlar. Personajların geyimi neytral bej (sarıyaçalan açıq-qəhvəyi) rəngdədir. Rəng qavrayışını öyrənən psixoloqlar da deyirlər ki, bej rəng insanın boyunu hündür göstərir, digər tərəfdən onu torpaqla birləşdirir... Ola bilsin ki, marionetlərin libasındakı bu rəng seçimi insanın torpaqdan yaranıb yenidən torpağa dönəcəyinə bir işarədir.

   Səhnədə işıqlı olan, rəngi gözoxşayan hadisələrə fon verən, epizodları bir-birindən ayıran naxışlı lövhələrdir. Əgər xanəndələrin oxuduğu Füzuli qəzəllərinin vəzni, mətnlərdəki ərəb-fars tərkibləri bizi uzaq Ərəbistana aparırsa, hərəkət edən lövhələrdəki buta çeşnili mükəmməl naxışlarLeyli Məcnuntamaşasını Azərbaycana bağlayır...

   Biz bu tamaşanı aktyorlar Fərizə Babayeva, Aysel Bədəlova, Hikmət Aydınoğlu, Əli Allahverdiyev, Tatyana Terentyeva Sevil Quliyevanın ifasında gördük, Günay İmamverdliyeva, Mənsum İbrahimov, Cabir Həsənov, Qızılgül Babayeva, Cahangir Qurbanov, Elgiz Əliyev Ramiq Bayramovun səsindən dinlədik.

   * * *

   Dünyada marionet teatrları barmaqla sayılacaq qədərdir. Səbəbi? Zərgərliyi teatr tamaşası ilə qovuşdurmaq asan deyil. Bir bəlkə bizim hamımızın görünməz iplərlə (tellərlə) nələrdənsə, kimlərdənsə asılı olduğumuzu etiraf edib göstərmək hünərdi axı...

   Təki qəlbimizi gözəgörünməz haqqa bağlayan tellər qırılmasın!

  

   Gülcahan

 

Mədəniyyət.- 2017.- 24 may.- S.7.