Xalq artisti Məhluqə Sadıqova yad edildi

 

 

 

   Mayın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr kino xadimi, Xalq artisti Məhluqə Sadıqovanın xatirəsinə həsr olunan tədbir keçirildi. Tədbir Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə gerçəkləşdi.

   Xatirə gecəsində Xalq artisti Ramiz Məlikov çıxış edərək Məhluqə Sadıqovanın Azərbaycan incəsənətində xidmətlərindən yaratdığı obrazlar qalereyasından danışdı. Diqqətə çatdırıldı ki, görkəmli aktrisa Akademik Milli Dram Teatrında ən müxtəlif janrlarda hazırlanmış tamaşalarda yaddaqalan obrazlar yaradıb.

   Sənətkarın ömür yolundan söz açıldı. Qeyd edildi ki, Məhluqə Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Yaradıcılıq fəaliyyətinə 1936-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayıb. Ömrünün 60 ildən artıq bir dövrünü bu sənət ocağına həsr edib. Lirik xarakterik rolların ifaçısı kimi teatr sənətimizin inkişafına xidmətlər göstərib.

   Səhnəmizə Azərbaycan qadınının sadə təmkinli danışığını, şirin ləhcəsini gətirən Məhluqə Sadıqova XX əsr milli mədəniyyətimiz tarixində məharətli bədii qiraət ustası kimi tanınıb. O, uzun illər Azərbaycan RadiosundaBulaqverilişinin əvəzsiz aparıcılarından olub.

   Məhluqə Sadıqovanın sənətdə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, respublikanın Xalq artisti fəxri adına, müxtəlif təltiflərə layiq görülüb.

   Sonra Branislav NuşiçinNazirin xanımıəsərinin tamaşası nümayiş olundu. 1970-ci ildə Akademik Dram Teatrının səhnəsində görkəmli rejissor Tofiq Kazımovun quruluş verdiyi bu əsərdə Məhluqə Sadıqova Nata xanım obrazını canlandırıb. Tamaşanın növbəti nümayişi unudulmaz aktrisanın xatirəsinə həsr olunub.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 24 may.- S.10.