Regional idarənin rayon nümayəndələrinin zona müşavirəsi

 

   Sumqayıt Regional Mədəniyyət Turizm İdarəsinin Abşeron, Xızı, Zəngilan, Qubadlı Şuşa rayon nümayəndələrinin zona müşavirəsi keçirilib. Abşeron rayon Xırdalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən müşavirəni idarənin rəisi Mehman Şükürov açaraq görülən işlər haqqında danışıb, Mədəniyyət Turizm Nazirliyinin əməkdaşları ilə birlikdə Belarusun Mogilyov şəhərinə səfərlə bağlı təəssüratlarını bölüşüb.

   Daha sonra idarə rəisi kadr islahatı, musiqi məktəblərində təhsilin, kitabxana sistemlərində xidmət səviyyəsinin artırılması, beynəlxalq yerli müsabiqə festivallarda iştirak, mədəniyyət müəssisələrinin qarşılıqlı əməkdaşlığı, fəaliyyətin mediada işıqlandırılması barədə danışıb.

   Müşavirədə regional idarənin məsləhətçisi Ceyran Axundova, idarənin baş məsləhətçiləri İlham Manafov, Zahid Abbasov çıxış ediblər. Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbininTəbəssümrəqs kollektivlərinə Gürcüstan Türkiyəyə qastrol səfərlərində uğurlu çıxışlarına görə təşəkkür elan edilib.

   Sonra müşavirə iştirakçıları Xırdalan şəhər 11 illik musiqi məktəbinin hesabat konsertinə baxıblar.

   Məktəbin xalq çalğı alətləri ansamblınınMilli naxışlaradlı kompozisiyasında bəstəkar xalq mahnıları, muğamlar ifa olunub.

   Ansamblın solistlərinin ifaları alqışlarla qarşılanıb.

   Regional idarənin rəisi Mehman Şükürov maraqlı konsert proqramına görə kollektivə təşəkkür edib, xoş arzularını çatdırıb. Kollektivin Sumqayıt şəhərində də geniş konsertinin təşkil ediləcəyi bildirilib.

 

Mədəniyyət.- 2017.- 24 may.- S.11.