Mingəçevir Dram Teatrı Türkiyədə beynəlxalq festivalda iştirak edib

 

 

   Mingəçevir Dövlət Dram Teatrı Türkiyənin Giresun şəhərində keçirilən tanınmış teatr ustası Fevzi Bayazitoğlunun xatirəsinə həsr olunmuş 23-cü Beynəlxalq Giresun teatr festivalında iştirak edib.

   Kollektiv mayın 15-də Giresun Bələdiyyə Teatrının səhnəsində, mayın 16-da isə Bulancak şəhərində İlqar Fəhminin müəllif olduğu, Bəhram Osmanovun quruluş verdiyi “Son reportajtamaşasını təqdim edib. Səhnə əsəri hər iki şəhərdə böyük rəğbətlə qarşılanıb.

   İlk tamaşadan sonra səhnəyə çıxan Giresun Bələdiyyə Teatrının direktoru Mingəçevir teatrına təşəkkürünü bildirərək festivalın simvolu olan hədiyyəni teatrın direktoru Səxavət Məmmədova təqdim edib.

   Növbəti günlər Giresun şəhər bələdiyyə başqanı Kərəm Aksunun dəvəti ilə teatrın rəhbərliyi burada bir sıra görüşlər keçirib. Bələdiyyə başqanının mədəniyyət məsələləri üzrə müavini Həsən Özdəmirin qatıldığı görüşlərdə Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin hazırladığı, ölkəmizin mədəni irsi, mətbəxi, turizm imkanları haqqında kitablar şəhər rəhbərliyinə təqdim olunub, Mingəçevir şəhəri Mingəçevir teatrı haqqında geniş məlumat verilib.

   Qeyd edək ki, mayın 19-da yekunlaşan festivala İran, RusiyaGürcüstandan da teatrlar qatılıb. Səfər çərçivəsində festivalda iştirak edən Türkiyə və xarici ölkə teatrlarının əməkdaşları ilə görüşlər keçirilib, teatrlar arasında qarşılıqlı əlaqələrə dair fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2017.- 24 may.- S.13.