Xalq artisti Habil Əliyevin yubiley gecəsi

 

 

   Mayın 28-də görkəmli kamança ifaçısı, Xalq artisti Habil Əliyevin anadan olmasının 90 ili tamam olur.

   Bu münasibətlə mayın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə xatirə gecəsi keçiriləcək. Gecədə sənətkarın ömür yolundan, fəaliyyətindən söz açılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.

   Sənət fəaliyyətinə 1953-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında başlayan Habil Əliyev 60 il ərzində öz ifaçılıq məharəti ilə milli musiqimizin zənginləşməsinə xidmət edib.

 

Mədəniyyət.-2017.- 26 may.- S.2.