Musiqi məktəbi şagirdlərinin “Retro cazkonserti

 

   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Bakı şəhəri Rafiq Babayev adına 25 nömrəli 11 illik Musiqi məktəbi şagirdlərinin və “Rafig's Jazz Groupun iştirakı ilə “Retro caz” adlı konsert keçirilib.

   Konsertdə musiqi məktəbinin şagirdləri Rafiq Babayevin “2 prelüd”, Vaqif Mustafazadənin “Mart”, Milan Dvorjakın “Etüd ¹ 2”, Daniil KramerinPetersona ithaf”, Hans Lanqın “It’s oh so quiet”, Henri MançinininMoon river” və digər retro caz nümunələri ifa ediblər.

   İfaçıları musiqi sənəti fakültəsinin instrumental ifaçılıq ixtisasında təhsil alan Aytən Cəbrayılova və “Rafig’s Jazz Groupu müşayiət edib.

 

Mədəniyyət.-2017.- 26 may.- S.2.