Vətənə can demişik, Azərbaycan demişik

 

 

   Sabir Sarvan adına Uşaq poeziya teatrının Respublika Gününə töhfəsi

  

   Sumqayıt Regional Mədəniyyət Turizm idarəsinin təşəbbüsü, S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsi Azərbaycan Yazıçılar Birliyi (AYB) Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə şəhərdəki Poeziya evində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

   Tədbirdə AYB Sumqayıt bölməsinin qurucusu, mərhum şair Sabir Sarvanın xatirəsi yad edilib. Bildirilib ki, belə bir tədbirin təşkili onun ideyası idi. Əcəl buna imkan verməsə , onun yetirməsi olan fidanlar şairin arzusunu gerçəkləşdiriblər.

   Regional idarənin rəisi Mehman Şükürov çıxış edərək şairlə bağlı xatirələrini bölüşüb, Sabir Sarvan tərəfindən əsası qoyulan, hazırda onun adını daşıyan Uşaq poeziya teatrının üzvlərinə uğurlar diləyib.

   Sonra Mərkəzi kitabxananın Uşaq şöbəsinin nəzdində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq poeziya teatrı üzvlərinin ifasındaVətənə can demişik, Azərbaycan demişikadlı kompozisiya təqdim olunub. Kompozisiyada Əhməd Cavad, Almas İldırım, Məhəmmədhüseyn Şəhriyar, Abbas Səhhət, Tofiq Fikrət, Səməd Vurğun, Sabir Sarvan başqa şairlərin vətənpərvər ruhda şeirləri səslənib.

   Sonda şair Sabir Sarvanın qardaşı Mahmud Məlikov ailə üzvləri adından tədbirin təşkilatçılarına və əməyi keçən hər kəsə təşəkkür edib.

 

Mədəniyyət.- 2017.- 26 may.- S.11.