Şairin 75 illik yubileyi qeyd edilib

 

 

   Mayın 24-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvanklubunda şair Ağaveyis Şirvaninin anadan olmasının 75 illiyi qeyd edilib.

   AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev şairə yaradıcılıq uğurları arzulayıb, qurumun rəhbərliyi adından fəxri fərman təqdim edib. Yazıçı-dramaturq Elçin Hüseynbəyli, Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Dünya ədəbiyyatıjurnalının baş redaktoru Səlim Babullaoğlu, şairlər Əlirza Xələfli, Musa Ələkbərli, Əli Aslanoğlu, Fərqanə Mehdiyeva başqaları yubilyarın həyat yaradıcılığından söz açıblar.

   Tədbirdə şairin yeni nəşr olunmuşSağalan deyilkitabının təqdimatı keçirilib.

   Sonda Ağaveyis Şirvani tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2017.- 26 may.- S.12.