Sabir adına kitabxanadaHophopnamə”nin təqdimatı

 

 

 

   Mayın 24-də Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə M.Ə.Sabir adına kitabxanadaHophopnaməkitabının təqdimatı olub.

   Kitabxananın direktoru Gülşən Abbasova şairin yaradıcılığından, zəngin irsindən söz açıb. Bildirib ki, Mədəniyyət Turizm Nazirliyi tərəfindən nəfis tərtibatla nəşr edilmişHophopnaməAzərbaycanın zəngin mədəniyyət nümunələrinin gənc nəslə çatdırılması işinə qiymətli töhfələrdən biridir.

   Nəşrdə yer alan illüstrasiyaların müəllifi Xalq rəssamı Arif Hüseynovdur. O, Sabirin satiralarına silsilə illüstrasiyalar çəkən ikinci rəssamdır. XX əsrin əvvəllərində Əzim ƏzimzadəMolla Nəsrəddinjurnalı üçün Sabirin satiralarının motivləri əsasında karikaturalar çəkib. Onların da bəziləri kitaba daxil edilib.

   Xalq rəssamı Arif Hüseynov kitabda yer alan illüstrasiyalar haqqında məlumat verib. Qeyd edib ki, ağ-qara rəngdə işlənmiş qravürlər böyük şairin əsərlərinin məzmunu, satirik istiqaməti haqqında oxucuda dolğun təsəvvür yaradır.

   Tədbirdə gənc şairlər M.Ə.Sabir poeziyasının təsiri altında yazdıqları əsərlərini oxuyublar.

 

 

Mədəniyyət.- 2017.- 26 may.- S.15.