Cümhuriyyətin ildönümüistiqlal şairinin yubileyi

 

 

   Qax rayon C.Cabbarlı adına Mərkəzi kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü və Azərbaycan xalqının vətənpərvər oğlu, istiqlal şairi Əhməd Cavadın 125 illik yubileyi münasibətilə sərgi və tədbir təşkil edilib.

   “Əhməd Cavad yaradıcılığında azərbaycançılıq” mövzulu tədbirdə kitabxananın əməkdaşı S.Əfəndiyeva çıxış edib. Ə.Cavadın Azərbaycanı vəsf edən şeirləri səslənib. Sonda Xalq Cümhuriyyətinin ildönümünə həsr olunmuşOdlar yurdum - Azərbaycan” adlı sərgiyə baxış keçirilib.

 

 

Mədəniyyət.- 2017.- 26 may.- S.15.