Azərbaycanlı səyyahın “Salam, Almaniyafotosərgisi

 

 

 

   İyunun 1-də “KapellhausAlman-Azərbaycan Mədəniyyət Birliyində fotoqraf-səyyah Aydın Sadıxovun “Hallo Deutschlandadlı fotosərgisi açılacaq. Sərgidə Aydın Sadıxovun Almaniyaya səyahətləri zamanı çəkdiyi ən maraqlı 30-dan çox foto nümayiş etdiriləcək.

   Fotoqrafın sözlərinə görə, Almaniyanın müxtəlif bölgələri, tarixi abidələri adətən səyyahların diqqətindən kənarda qalan kiçik şəhər məntəqələr sərginin qonaqlarında xüsusi maraq yarada bilər. Bundan başqa, fotoqraf səyahətlər vaxtı baş vermiş macəralar, lentə aldığı abidə tarixi yerlər haqqında geniş məlumat verəcək. Sərgiyə gələnlər Bavariya kralı II Lüdviqin adı ilə bağlıNoyşvanştaynXoenşvanqau”, Vürtemberq qrafı Vilhelm ilə bağlıLixtenştaynkimi məşhur qalaların görüntüləri, “alman qotikasımemarlıq inciləri qədim keltlər, romalılar dövründə bünövrəsi qoyulan, Almaniyanın ən qədim şəhərlərindən biri olan Kempten şəhəri ilə tanış olacaqlar.

   İki gün davam edəcək sərgiyə giriş sərbəstdir.

 

Mədəniyyət.- 2017.- 26 may.- S.16.