Nyu-Yorkda ikinci dəfə “Qafqaz irsi” festivalı keçirilib

 

 

   Nyu-York şəhərinin Bruklin rayonundakı “Master Teatr”da ikinciQafqaz irsifestivalı keçirilib. Festival Bruklin meri Erik Adams Bakı-Bruklin Dostluq Assosiasiyası tərəfindən təşkil olunub.

   Festivalın təntənəli açılış mərasimi zamanı “Master Teatr”a toplaşmış tamaşaçıları salamlayan Erik Adams tədbirin önəmindən danışıb bu təşəbbüsün reallığa çevrilməsində xidmətlərinə görə Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Mariyetta Rozentala “My Way” Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlovaya təşəkkürünü bildirib. Qeyd edib ki, Bruklin sakinlərinin yarısı müxtəlif dillərin daşıyıcısıdır dünya mədəniyyətlərinin təmsilçiləri olaraq onlar Bruklinin mədəni inkişafına böyük töhfə verirlər.

   Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Mariyetta Rozental çıxış edərək festivalın keçirilməsinə verdikləri dəstəyə görə E.Adamsa, Azərbaycan hökumətinə, o cümlədən ölkəmizin Mədəniyyət Turizm Nazirliyinə təşəkkürünü bildirib.

   Festival çərçivəsində “My Way” mərkəzi "Pesvebi" gürcü mədəniyyət mərkəzinin yetirmələri Azərbaycan, gürcü digər milli rəqslərdən ibarət rəngarəng proqramla çıxış ediblər. Uşaqların yaradıcılığına böyük töhfələr verən incəsənət xadimləri Bruklin meriyası tərəfindən xüsusi mükafatlarla təltif edilib. Builki festivalda Azərbaycandan gələn incəsənət xadimləri də iştirak ediblər.

   Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalda müğənni Xəyyam Nisanov və tanınmış skripka ifaçısı Ceyhun İsmayılov da çıxış ediblər.

 

Mədəniyyət.- 2017.- 26 may.- S.16.