Almas İldırımın 110 illiyi qeyd ediləcək

 

 

   Mayın 31-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli şair Almas İldırımın (1907-1952) anadan olmasının 110 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək.

   Tədbirdə şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək, konsert proqramı təqdim olunacaq.

   Azərbaycan mühacirət poeziyasının ən tanınmış simalarından biri, adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi mənalanan Almas İldırım özünəməxsus poetik tərzi ilə hər zaman diqqəti çəkib. Bir neçə il sürgünqaçaq həyatı yaşayan A.İldırım Dağıstandan, Türkmənistandan, İrandan keçərək Türkiyədə məskunlaşıb və ömrünün sonuna qədər burada yaşayıb-yaradıb. Şairin bir çox şeirləri, o cümlədən vətən həsrəti, yurd sevgisindən bəhs edən “Əsir Azərbaycanım” şeiri dillər əzbərinə çevrilib.

 

 

Mədəniyyət.- 2017.- 31 may.- S.2.