Görkəmli bəstəkarın yubiley gecəsi

 

 

   İyunun 2-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illiyi münasibətilə yubiley gecəsi keçiriləcək.

   Dahi bəstəkar Qara Qarayevin yetirməsi olan sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xorkamera əsərləri yaradıb. Müasirlikmilli musiqi ənənələrinin parlaq təcəssümü Firəngiz Əlizadənin yaradıcılığına xas olan cəhətdir. Onunİntizar”, “Sənin adın Dənizdir”, “ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Qraniza” baletləri, müxtəlif ansambl tərkibi üçün “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron”, “Silk road”, violonçelorkestr üçün konserts. əsərləri Azərbaycan musiqi mədəniyyətinin zəngin səhifələrini təşkil edir.

 

Mədəniyyət.- 2017.- 31 may.- S.2.