Xətai Sənət Mərkəzində uşaqların əl işləri sərgilənəcək

 

   İyunun 6-da Bakı Xətai Sənət Mərkəzində “Mənim düşüncəm-2017” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

   1 iyun - Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

   Sərgidə 15 yaşa qədər olan uşaqların 100-dək əsəri təqdim olunacaq.

 

Mədəniyyət.- 2017.- 31 may.- S.2.