Filmlərimiz beynəlxalq festivallara dəvət alıb

 

 

   Rejissor İlqar Nəcəfin “Nar bağıbədii filmi 30 iyun - 8 iyul tarixlərində Çexiyada keçiriləcək Karlovı Varı Beynəlxalq film festivalına dəvət alıb.

    Azərbaycanfilmkinostudiyasından verilən məlumata görə, “Buta Film” kino şirkəti ilə birgə istehsal olunan yeni ekran əsəri festivalınQərbin Şərqimüsabiqə proqramında təqdim olunacaq. “Nar bağıproqramın açılış filmi olacaq.

   Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov İlqar Nəcəfdir. Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev digərləri canlandırırlar.

   * * *

   8-15 iyul tarixində keçiriləcək Madrid Beynəlxalq film festivalında isə İlqar Safatınİçərişəhərbədii filmi nümayiş olunacaq. Film “Xarici dildə film” kateqoriyasında nominant elan olunub.

   Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə 2016-cı ildəAzərbaycanfilmkinostudiyasında lentə alınan ekran əsəri ötən müddətdə Hyuston, Qahirə, Tallində, eləcə Hindistanda bir neçə beynəlxalq film festivalında nümayiş olunub. Hazırda “İçərişəhər” Türkiyədə Alanya film festivalında iştirak edir.

   Psixoloji dram janrında lentə alınan filmin ssenari müəllifləri Təhminə Rafaellaİlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 31 may.- S.3.