“İçərişəhərin 100 görüntüsü

 

 

 

   Bakıda britaniyalı rəssamın sərgisi

  

   Mayın 31-də Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya rəssamı Edvard Tvoxiqin “İçərişəhərin 100 görüntüsü” adlı sərgisinin açılışı keçiriləcək.

   Edvard Tvoxiq 1969-cu ildə İrlandiyada anadan olub. Kroford İncəsənət Dizayn Kollecində təhsil alıb, Çelsi İncəsənət Kollecində qravüra fotoqrafiya sənəti üzrə ixtisaslaşıb.

   Hazırda o, rəssamlıqla yanaşı, Vellinqton İncəsənət Kollecinə rəhbərlik edir. Edvard Tvoxiq Oymaçı Rəssamların London Kral Cəmiyyətinin həqiqi üzvü, həmçinin Banksayd qalereyasının hamisidir.

   Rəssamın müxtəlif qalerayasalonlarda sərgiləri, o cümlədən Bakıda “Edvard Tvoxiq Bakıda və Azərbaycanda” adlı fərdi sərgisi keçirilib.

 

Mədəniyyət.- 2017.- 31 may.- S.3.