Bir de görüm lya

 

 

   Muzey Mərkəzində istedadlı şagirdlərin ifaları dinlənilib

  

   Mayın 30-da Muzey Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bir de görüm lya” adlı bayram tədbiri təşkil olunub.

   Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Xətai rayonu 30 nömrəli Uşaq musiqi məktəbi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşıb.

   Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovamusiqi məktəbinin direktoru Yusif Məmmədov balacaları əlamətdar gün münasibətilə təbrik edib, dövlət səviyyəsində uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar.

   Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış Azərbaycanın görkəmli musiqi xadimlərinin uşaqlıq və yeniyetməlik dövrünü əks etdirən fotolardanmuzeyin tədbirlərində iştirak etmiş istedadlı uşaqların şəkillərindən ibarət slayd-şou ilə müşayiət olunub.

   Tədbir istedadlı şagirdlərin ifalarında musiqi proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2017.- 31 may.- S.4.