Bir kərə yüksələn bayraq bir daha enməz”

 

 

   Respublika Günü bölgələrdə qeyd olunub

  

   28 May - Respublika Günü ölkəmizin bölgələrində də çeşidli tədbirlərlə qeyd edilib. Silsilə tədbirlərdə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edilib, sərgilər, konsertlər təşkil olunub.

  

   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət mərkəzində keçirilən bayram tədbirində rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova və Əməkdar müəllim Rasim Orucov çıxış ediblər. TədbirNiyal” instrumental ansamblının Slavyanoçkafolklor qrupunun konsert proqramı ilə davam edib.

   Şamaxıda Heydər Əliyev adına mədəniyyət istirahət parkında təşkil olunan konsertdə İncəsənət təhsili mərkəzininGülüstan” instrumental ansamblı, “Buta igidlərrəqs ansamblı, “Nağaraçalanlaransamblı, “İncə telləraşıqlar ansamblı çıxış edib. Rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə şagirdlər əlamətdar günlə bağlı şeirlər söyləyiblər. Rəsm qalereyasında isə sərgi açılıb.

   Ağsu rayon Mədəniyyət mərkəzindəDoğmadan doğmasan, ey ana yurdumadlı konsert proqramı təşkil edilib. Mərasimdə rayon İcra Hakimiyyətinin, idarə təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

   Qobustan rayon Heydər Əliyev Mərkəzində Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin tədbiri təşkil olunub. Şagirdlərin hazırladığı geniş konsert maraqla qarşılanıb.

   * * *

   Bərdə Regional Mədəniyyət Turizm İdarəsinin Yevlax şəhərindəki Mədəniyyət mərkəzi onun tabeliyində olan filiallarVətən mənə oğul desə, dərdimadlı tədbir təşkil edib. Mədəniyyət mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev Cümhuriyyətin tarixindən söz açıb. Şəhər Mərkəzi kitabxanasında təşkil olunan tədbirdə MKS-nin direktoru V.Məmmədova, Oxuculara xidmət şöbəsinin müdiri M.Rəşidova çıxış edib. Xaldan kənd uşaq musiqi məktəbi Salamabad kənd tam orta məktəbində konsert proqramı təşkil edib.

   Bərdə rayonunda Rəsm qalereyası Turizm informasiya mərkəzi, Mərkəzi kitabxana, Tarix-diyarşünaslıq muzeyi ilə birgə sərgilər təşkil edib. Səməd Vurğun adına Mərkəzi kitabxanadaAzərbaycan dünyəvi dövlət-müsəlman ölkəsidiradı altında dəyirmi masa keçirilib.

   Tərtər rayon Mədəniyyət mərkəzi Uşaq musiqi məktəbi ilə birlikdə hərbi hissələrin əsgər zabit heyəti üçün konsert təşkil edib. Mədəniyyət mərkəzi kənd klub müəssisələrinin özfəaliyyət dərnəkləri üzvlərinin işlərinin baxış-müsabiqəsi keçirilib, qaliblərə hədiyyələr təqdim edilib.

   Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində fəaliyyət göstərən M.P.Vaqif adına Mərkəzi kitabxananın oxu zalındaAzərbaycanın dövlət müstəqilliyi tarixi nailiyyətimizdirmövzusunda tədbir, Tarix muzeyində isəBir kərə yüksələn bayraq bir daha enməzbaşlıqlı sərgi təşkil edilib.

   * * *

   Mayın 28-də Masallıda fəaliyyət göstərənViləşistirahət mərkəzində Respublika Günü yay turizm mövsümünün açılışı ilə əlaqədar tədbir keçirilib. Masallı Regional Mədəniyyət Turizm İdarəsinin rəisi Lətifə Mövsümova rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əlamətdar gün münasibətilə iştirakçıları təbrik ediblər.

   Mədəniyyət Turizm Nazirliyi Planlaşdırma inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, “Viləşhotelinin direktoru Anar Ağayev, “İstisusanatoriyasının rəhbəri İldırım Allahyarov, “Cənub nemətləriistirahət mərkəzinin əməkdaşı Orxan Əliyev çıxış ediblər. Çıxışlardan sonra Mədəniyyət mərkəzinin incəsənət solistləri möhtəşəm konsert proqramı təqdim ediblər.

   * * *

   Zərdab rayon Mərkəzi kitabxanasında Oxuculara xidmət şöbəsinin təşkilatçılığı iləÇiçəklənən Azərbaycanadlı ədəbi-bədii kompozisiya keçirilib.

   Kitabxananın direktoru Nailə Əliyeva, şair Mübariz Səfiyaroğlu tədbirdə çıxış ediblər. Məktəblilər Azərbaycan haqqında şeir çələngi ilə ədəbi-kompozisiya nümayiş etdiriblər.

 

Mədəniyyət.- 2017.- 31 may.- S.7.