Ölkəmiz Afina caz festivalında təmsil olunub

 

 

 

   Mayın 23-dən 30-dək Yunanıstanın paytaxtında 17-ci Afina Caz Festivalı keçirilib. 18 ölkənin iştirak etdiyi festivalda ölkəmizi Xalq artisti Ənvər Sadıqovun Əməkdar artist Emil Əfrasiyabın “Emil, Ənvər dostlarıansamblı (əməkdar artistlər Ələkbər Ələkbərov, İsgəndər Ələsgərov Elcan Cəbrayılov) təmsil edib. Emil Əfrasiyab bildirib ki, 28 May - Respublika Gününə təsadüf edən çıxışları böyük coşqu ilə qarşılanıb. Musiqiçilərimizin ifa etdikləri kompozisiyalar böyük marağa səbəb olduğundan onlar səhnədə əlavə olaraqAzərbaycan Rafiq BabayevinFantaziya”sını ifa ediblər.

   Mayın 30-da həmyerlilərimiz Afinanın ən böyük konsert salonlarından birində növbəti proqramla çıxış ediblər.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 31 may.- S.8.