Gənclər simfonik orkestrlərinin qala-konserti

 

 

   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində fəaliyyət göstərən Opera studiyasının konsert zalında MDB ölkələrinin Azərbaycanın gənclər simfonik orkestrlərinin birgə qala-konserti olub. Tədbir MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə gerçəkləşib.

   BMA-dan bildirilib ki, konsertdə hər iki simfonik orkestrə beynəlxalq müsabiqələr laureatı Moskvanın “Novaya opera” teatrının dirijoru Vasili Valitov rəhbərlik edib. Qala-konsertin proqramında solistlər - beynəlxalq müsabiqələr laureatları Larisa Bunakova (fortepiano), Anna Savkina (violin), həmçinin RusiyanınBolşoy teatrgənclər opera proqramının artistləri Vasilisa Berjanskaya (mezzo-soprano), Utarida Merzamova (soprano) İlya Kutyuxinin (bariton) ifalarında müxtəlif ölkələrin bəstəkarlarının əsərləri səslənib.

   Qeyd edək ki, MDB ölkələri Gənclər simfonik orkestrinin debüt konserti Rusiya, Qazaxıstan Tatarıstanın Xalq artisti, görkəmli dirijor Fuad Mənsurovun rəhbərliyi altında 2007-ci il noyabrın 12-də Astanada MDB ölkələri Yaradıcı elmi ziyalıların forumunda baş tutub. Müxtəlif illərdə orkestr Yuri Simonov, Vladimir Spivakov Mark Qorenşteynin dirijorluğu ilə çıxış edib. MDB ölkələrinin bir neçə gənc nəsil musiqiçiləri peşəkar fəaliyyətə məhz bu kollektivin sayəsində dəstəyi ilə başlayıblar.

   Rusiyanın L.Nikolayev adına Yeniyetmələr simfonik orkestri MDB ölkələri Gənclər simfonik orkestrinin baza kollektivi hesab olunur.

   Bakıda orkestrin qastrol turunda baza kollektivi timsalında Fuad İbrahimovun bədii rəhbərliyi baş dirijorluğu ilə Azərbaycanın Gənclər simfonik orkestri çıxış edir.

  

 

Mədəniyyət.- 2017.- 31 may.- S.8.