“Xəzri” rəqs ansamblı İstanbulda uşaq şənliyində iştirak edib

 

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Xəzri” rəqs ansamblı və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin vokal sinfinin şagirdi Emin Məmmədov İstanbulda keçirilən 22-ci Türk dünyası uşaq şənliyində iştirak ediblər.

   İdarədən bildirilib ki, Türk Dünyası Araşdırmaları Vakfı (TDAV) tərəfindən keçirilən festivalda Azərbaycan, Tatarıstan, Əfqanıstandan, həmçinin Krım tatarları, Ahıska türkləri, Makedoniya, Bolqarıstan türklərini təmsil edən 14 rəqs qrupu çıxış edib. Festivalda Azərbaycandan “Xəzri” rəqs ansamblının ifasında “Bayram süitası” təqdim olunub.

   Tədbir çərçivəsində türk dünyası uşaqlarının səs yarışması keçirilib. Yarışmada ölkəmizi C.Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin vokal sinfinin şagirdi Emin Məmmədov “Evləri var xana-xanaxalq mahnısı ilə təmsil edib. Birinci yerə Türkmənistan, ikinci yerə Moldova (qaqauz) təmsilçisi, üçüncü yerə isə Azərbaycan nümayəndəsi layiq görülüb.

   22-ci Türk dünyası uşaq şənliyi mayın 27-də başa çatıb.

 

 

Mədəniyyət.- 2017.- 31 may.- S.8.