Maqomayevin xatirəsinə böyük ehtiramla

 

 

 

   UkraynaBelarusda konsertlər

  

   Ukraynanın paytaxtı Kiyevdə dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb.

   Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə sənətkarın 75 illiyinə həsr edilən konsert Akademik Milli OperaBalet Teatrında keçirilib.

   “Sən mənim nəğməmsən” adlı konsertdən əvvəl Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov çıxış edərək xalqımızın görkəmli oğlu Müslüm Maqomayevin xatirə gecəsinə gələn hər kəsə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin sənətkarın yubileyi haqqında sərəncamına uyğun olaraq ölkəmizdə, eləcə də xarici dövlətlərdə səfirliklərimizin təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirilir.

   Sonra Ukraynanın Xalq artisti Vladimir Qrişko və Azərbaycanın tanınmış gənc müğənnisi Vaqif Nağıyev səhnəyə çıxaraq orkestrin müşayiəti ilə M.Maqomayevin repertuarından mahnılar ifa ediblər.

   * * *

   Belarusun Qomel vilayətinin Jlobin şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi və Belarus Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə Müslüm Maqomayevin 75 illiyinə həsr edilmiş sərgi və konsert keçirilib. “Azərbaycan və Belarus: mədəniyyət xalqları birləşdirir” adlı sərgidə Azərbaycan xalçaları haqqında kitablar, ölkəmizin tanınmış mədəniyyət və ictimai xadimləri haqqında bilgilər, milli geyimlərimiz, milli mətbəximizin inciləri sayılan plovpaxlava, digər şirniyyat məhsulları təqdim olunub.

   Sonra Belarusun tanınmış ifaçılarının iştirakı ilə konsert keçirilib. M.Maqomayevin repertuarından mahnılar alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2017.- 1 noyabr.- S.4.