Kitab sənətimiz Təbriz sərgisində

 

 

   İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin kitab sənəti 24-29 oktyabr tarixində Təbrizdə keçirilən beynəlxalq kitab sərgisində nümayiş olunub. Tədbirdə Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva, “Apostroff” nəşriyyatından Akif Dənzizadə, “Parlaq imzalar” nəşriyyatından Nurman Tarik iştirak edib.

   Azərbaycan kitablarının nümayişi üçün stend sahəsi və avadanlıqları, həmçinin iştirak xərcləri təşkilat komitəsi tərəfindən təmənnasız təmin edilib. Sərgidə Türkiyə, Livan, Pakistan, İraq - ümumilikdə 20-dək ölkə iştirak edib. Azərbaycan Təbriz kitab sərgisinə ilk dəfə qatılıb.

   Stendimizdə Azərbaycanın tarixi, Qarabağ mövzusu, zəngin mədəniyyət və incəsənətimizlə bağlı kitablar nümayiş olunub.

 

Mədəniyyət.- 2017.- 1 noyabr.- S.4.