İki qəlbin dastanı”

 

 

   Arif Məlikovun baleti yenidən Daşkənd səhnəsində

  

   Əlişir Nəvai adına Daşkənd Dövlət Akademik OperaBalet Teatrında Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Arif Məlikovun uzun illərdən sonra yenidən səhnəyə qayıdan “İki qəlbin dastanı” baletinin təqdimatı olub.  

   Baletin musiqi rəhbəri və dirijoru Özbəkistanın Əməkdar mədəniyyət işçisi Fazliddin Yakubcanov, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi İqor Çernışovdur.

   Tamaşanın bərpaçı baletmeysteri Zamir Nurımbetov, məsləhətçi baletmeysteri Rusiyanın Əməkdar artisti Azari Pliseski, quruluşçu rəssamı Zubaydulla Batırovdur. Əsas rolları Nadira Xamraeva, Behzod Akimbaev, Zamir Fazlutov və başqaları ifa edib.

   Xatırladaq ki, Arif Məlikovun bu əsəri Daşkənd teatrında 1982-ci ildə tamaşaya qoyulub, truppaİki qəlbin dastanı” baleti ilə 1983-cü ildə Moskvada qastrolda olub. Sonra uzun illər səhnədən düşməyib.

   Qeyd edək ki, görkəmli bəstəkarın “Məhəbbət əfsanəsi” baletiuzun illərdir teatrın repertuarındadır.

 

Mədəniyyət.- 2017.- 1 noyabr.- S.5.