Mədəni irsin konservasiyasında tədqiqatlar

 

 

 

   Moskvada Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunun 60 illik yubileyinə həsr edilmiş “Mədəni irsin konservasiyasında tədqiqatlar” adlı beynəlxalq elmi-metodik konfrans keçirilib.

   Tədbirdə İtaliya, Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən olan ali bərpaçı-rəssamlar, alimlər maraqlı məruzə və təqdimatlarla çıxış edərək son elmi nailiyyətlərindən, müasir bərpa üsullarının metodikası və yeni əldə olunmuş texniki avadanlıqlar barədə məlumat veriblər.

   Konfransda Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikovanın da məruzəsi dinlənilib. Həmçinin “Mədəni irsin tədqiqi və konservasiyası” adlı kitabın 3-cü buraxılışında Z.Məlikovanın “Xalçaxalça məmulatlarının bərpa və konservasiyası” adlı məqaləsi də dərc olunub.

 

Mədəniyyət.- 2017.- 1 noyabr.- S.5.