Təsviri sənət irsimizin elektron yaddaşı
Azərbaycan rəssamlarının vahid
informasiya bazasının
və Dövlət Rəsm Qalereyasının
saytının təqdimatı
oldu
Oktyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının (ADRQ) təşkilatçılığı
ilə Muzey Mərkəzində “Azərbaycan
rəssamlarının vahid
informasiya bazası” elektron resursunun və ADRQ-nin www.azgallery.az
saytının təqdimatı
keçirildi.
Tədbirdə çıxış edən mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev təsviri sənət ustalarımız haqqında
informasiya bazasının
və ADRQ-nin
www.azgallery.az saytının yaradılması münasibətilə
rəssamları təbrik
etdi, ölkəmizin incəsənətinin təbliği
yolunda bu işin böyük önəm daşıdığını
söylədi.
Nazir müavini qalereyanın
yaranması tarixinə
nəzər salaraq bildirdi ki, ADRQ 1972-ci ildə Mədəniyyət
Nazirliyi tərəfindən
Azərbaycan Dövlət
Sərgi Salonunun bazasında yaradılıb.
Nazirliyin
vəsaiti hesabına
son illərdə fondda
yüksək bədii
keyfiyyətə malik müasir təsviri və dekorativ sənət nümunələri
toplanıb. İndi qalereyanın
fondlarında 9500-dən çox
əsər var.
Diqqətə çatdırıldı ki, son 10 ildə Azərbaycanın xarici ölkələrdəki 20-dən çox səfirliyinə
250-dən artıq rəsm
əsəri verilib.
Həmin
əsərlər səfirliklərin
binasında asılır,
eləcə də ölkəmizlə bağlı
keçirilən önəmli
günlərdə, tədbirlərdə
sərgilənir. Üstəlik, 2-3 ildən bir həmin əsərlər
yeniləri ilə əvəz olunur.
Ədalət Vəliyev qeyd etdi ki, nazirlik
il boyu
40-a yaxın sərgi keçirir. Belə sərgilərdə daha çox ADRQ-nin fondlarında olan əsərlərə
müraciət edilir.
Bütövlükdə isə özəl
qalereyaların təşkil
etdikləri sərgilərlə
birlikdə bunların
sayı lap çoxdur.
O, qalereyanın gələcəkdə
müasir infrastrukturlu
bina ilə təmin ediləcəyini vurğuladı.
Nazir müavini bundan
öncə teatr sənəti ilə bağlı belə bir saytın istifadəyə verildiyini,
bu gün təqdim olunan saytın gələcəkdə
daha da təkmilləşəcəyini
söylədi. Həmçinin “Azərbaycan rəssamları”
ensiklopediyasının hazırlanmasının
vacibliyi qeyd olundu.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru
Qalib Qasımov saytı geniş ekranda iştirakçılara
təqdim etdi, saytdakı hər bir bölmə haqqında bilgi verdi. Burada ən
diqqətçəkən məqamlardan
biri “Azərbaycan rəssamlarının vahid
informasiya bazası”nda
hər bir rəssam haqqında məlumatla bərabər əsərlərinin də
təqdim edilməsidir.
Hələlik 250-dən artıq rəssam haqqında bilgi toplanıb, gələcəkdə elektron
resurs daha çox rəssamı əhatə edəcək.
Bildirildi ki, qalereya aidiyyəti sahədə mədəniyyət siyasətinin
həyata keçirilməsində
iştirak edir, eləcə də təsviri və dekorativ-tətbiqi sənət
sahəsinin mövcud durumu və perspektivləri haqqında
analitik materiallar hazırlayır. Bundan başqa,
qalereya Azərbaycanın
mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasında milli incəsənətin zəngin
ənənələrinə əsaslanan mədəni-estetik
formaların axtarışını
həyata keçirir.
Mədəniyyət və Turizm Nazirliyinin İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə çıxış edərək təsviri sənət ustaları haqqında vahid elektron informasiya bazasının yaradılmasını yüksək dəyərləndirdilər, bu işin milli rəssamlığımızın dünyada tanıdılmasında böyük rol oynayacağını diqqətə çatdırdılar.
Sonda informasiya bazasının və saytın materiallarının toplanmasında göstərdikləri xidmətə görə ADRQ-nin əməkdaşları təşəkkürnamə ilə təltif edildilər.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 1
noyabr.- S.8.