Şagirdlərin əl işləri beynəlxalq müsabiqədə diploma layiq görülüb

 

 

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin şagirdləri ölkəmizi beynəlxalq müsabiqədə uğurla təmsil edib.

   Məktəbdən bildirilib ki, Finlandiyanın Hyuvinka şəhərində uşaq və gənclər arasında keçirilən “Together” Beynəlxalq incəsənət müsabiqə-sərgisində təhsil ocağının şagirdlərindən Emil AbdullayevinQara qızılın nəğməsi” və Mikayıl Məmmədzadənin “Mənim asudə vaxtım” adlı rəsm əsərləri diploma layiq görülüb.

   Dünyanın 66 ölkəsindən 6 min 800 sənət əsərinin nümayiş olunduğu müsabiqə-sərgi uşaqların mədəniyyət və incəsənət təhsilinin inkişaf etdirilməsi ilə yanaşı, onların multikultural dünyada bərabərliyini dəstəkləmək məqsədi daşıyır.

   Müsabiqədə qalib gələn əl işləri 2018-ci il yanvarın sonunadək Finlandiyanın müxtəlif rəsm salonlarında sərgilənəcək.

  

 

Mədəniyyət.- 2017.- 1 noyabr.- S.10.