Açıq səma altında yaradılan rəsmlər

 

 

 

   Bakıda Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) dəstəyi ilə “Açıq səma altında plener” silsiləsindən növbəti tədbir keçirilib.

   “Payız” mövzusunda olan plener tanınmış rəssam və rejissor Nazim Məmmədovun xatirəsinə həsr edilib.

   Art Villa” qalereyasında reallaşan tədbirdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edib. Həvəskar və peşəkar rəssamlar açıq səma altında müxtəlif janrlı rəsm əsərləri yaradıblar.

 

 

Mədəniyyət.- 2017.- 1 noyabr.- S.10.