Görkəmli aktyorun xatirəsi yad edilib

 

 

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında Xalq artisti Eldəniz Zeynalovun (1937-2001) anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçirilib.

   Əvvəlcə iştirakçılar sarayın foyesində Eldəniz Zeynalovun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar və sənətkara həsr edilmiş filmə baxıblar.

   Tədbirdə Xalq artisti, rejissor Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, Azərbaycan Dillər Universitetinin professoru Gəray Yusifov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri, tarixçi-etnoqraf Təvəkkül Səlimov, Baş idarənin rəis müavini Gülnarə Seyidova və başqaları sənətkarın həyat və yaradıcılığından söz açıblar.

   Aktyorun oğlu Elbrus Zeynalov atası ilə bağlı xatirələrini bölüşüb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

   Tədbir konsert proqramı ilə davam edib.

 

 

Mədəniyyət.- 2017.- 1 noyabr.- S.14.