Muğam axşamları” davam edir

 

   Noyabrın 1-də Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə həyata keçirdiyiMuğam axşamları” layihəsinin növbəti konserti keçirilib. Konsertdə Muğam televiziya müsabiqəsinin iştirakçıları Məmməd Nəcəfov, Nisbət Sədrayeva və Gülnar Qüdrətlinin ifasında “Orta Mahur” və “Rahab” muğamları səslənib.

   Xanəndələri tardaMuğaminstrumental ansamblı - Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Çinarə Heydərova (kanon) və udda Şəfa Kərimov, balabanda Azad Əliməmmədov, nağarada Emin Cəbrayılov müşayiət ediblər. Qeyd edək ki, noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində layihənin növbəti musiqi axşamında “Bayatı-Qacar” və “Şahnaz” muğamları səslənəcək.

  

   L.Azəri

 

Mədəniyyət.- 2017.- 3 noyabr.- S.4.