Kontrabas” “Şimal görüşləri”ndən qayıdıb

 

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov oktyabrın 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında iştirak edib.

   Əməkdar artist festivalda Patrik ZüskindinKontrabasmonotamaşası ilə səhnəyə çıxıb. Tamaşa festivalın təşkilat komitəsi iştirakçı kollektivlər tərəfindən böyük maraqla qarşılanıb. İfaçı “Nadir aktyor oyunu” nominasiyasında diploma layiq görülüb.

   Festivala Moldova, İtaliya, Fransa, ABŞ və digər ölkələrdən teatrlar qatılıb.

 

Mədəniyyət.- 2017.- 3 noyabr.- S.6.