Rəqs cütlüyü dünya çempionatında çıxış edib

 

 

 

   Moskvada Kreml sarayının Banket zalında peşəkar rəqqaslar arasında Avropa rəqsləri üzrə 2017-ci il dünya çempionatı (WDC-2017) keçirilib. Azərbaycanı təmsil edən Eldar Cəfərov və Anna Sajına tamaşaçıların çoxunun fikrincə, ən yaxşı duetlərdən biri hesab edilib.

   Təəssüf ki, Azərbaycan nümayəndələri bu il mövsümün xeyli hissəsində çıxış edə bilməyiblər. Buna səbəb Eldar Cəfərovun zədələnməsi olub. Bununla belə, dünya çempionatında yüksək ifa nümayiş etdirən rəqs cütlüyü yarımfinala çıxıb.

   21 ölkədən 49 cütlüyün iştirak etdiyi turnirdə həmyerlilərimiz 9-cu yeri tutublar.

 

 

Mədəniyyət.- 2017.- 3 noyabr.- S.10.