Vaqifin 300 illiyinə həsr edilmiş şeir müsabiqəsi

 

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nizami rayon MKS-nin Mərkəzi kitabxanasında görkəmli şair Molla Pənah Vaqifin (1717-1797) anadan olmasının 300 illiyinə həsr edilmiş şeir müsabiqəsinin ikinci seçim turu keçirilib.

   İdarədən bildirilib ki, müsabiqədə Nizami rayonunda yerləşən 109 və 316 nömrəli tam orta məktəblərin III-VI sinif şagirdləri iştirak ediblər. Hər məktəbdən bir şagird müsabiqənin final mərhələsinə vəsiqə qazanıb.

   Layihənin məqsədi məktəblilərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi, istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə klassiklərin yaradıcılığına marağın artırılmasıdır.

 

Mədəniyyət.- 2017.- 3 noyabr.- S.15.