Rus Dram Teatrının qastrolu sona çatır

 

 

   S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Rusiyada qastrol səfərindədir. Kollektiv Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin «Böyük qastrollar» layihəsinə qoşularaq, Smolensk, Pskov Velikiye Luki şəhərlərinə səfərə gedib.

   Truppa milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin «Müsyö Jordan dərviş Məstəli şah» müasir rus dramaturqu Pyotr Qladilinin «Afina axşamları» pyeslərinin tamaşaları ilə rusiyalı teatralların qarşısında çıxış edib. İzləyicilərin hərarətlə qarşıladıqları hər iki səhnə əsərinə Xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovski quruluş verib. Tamaşalarda əsas rollarda xalq artistləri Səfa Məmmədhəsənov, Məbud Məhərrəmov, əməkdar artistlər Natalya Şarovskaya, Yevgeniya Nevmerjitskaya, Fuad Osmanov, aktyorlar Natəvan Hacıyeva, Murad Məmmədov, Oleq Əmirbəyov başqaları çıxış edirlər.

   Qeyd edək ki, teatrımızın tamaşa oynadığı şəhərlərdə kütləvi informasiya vasitələri onlara xeyli diqqət ayırıblar. Yerli mətbuat televiziya kanalları qastrol barədə yazılar dərc edib, süjetlər göstəriblər. Teatrın sosial şəbəkələrdəki hesablarında rəsmi saytında yerləşdirilmiş görüntü şəkillər göstərir ki, Azərbaycanı təmsil edən rus teatrının çıxışları yerli sənətsevərlər tərəfindən maraqla qarşılanır.

   Oktyabrın 31-də Smolensk şəhərində başlanan səfər Velikiye Luki şəhərində davam edib. Hazırda kollektiv Pskov şəhərindədir. Noyabrın 8-də truppa qastrol turnesində sonuncu tamaşanı oynayaraq Bakıya qayıdacaq.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 8 noyabr.- S.3.