Bakıda “M.A.P.” incəsənət festivalı keçirilib

 

 

   Noyabrın 1-dən 6-dək Bakıda “YARAT” Müasir İncəsənət Mərkəzinin təşəbbüsü, “Bakcellşirkətinin dəstəyi ilə “M.A.P.” (Music. Art. Performance) incəsənət festivalı keçirilib. Layihə çərçivəsində paytaxtın müxtəlif teatr səhnələrində tamaşalar təqdim olunub, həmçinin konsert, mühazirə ustad dərsləri təşkil edilib.

   Festival proqramına daxil olan əsərlərdən biri - “Pyotr Fomenkonun emalatxanasıteatrının təqdim etdiyiGülməli adamtamaşası “ÜNS” yaradıcılıq səhnəsində nümayiş olunub.

   Əvvəlcə teatrın bədii rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi, Rusiya Teatr Sənəti İnstitutunun professoru Yevgeni Kamenkoviç çıxış edərək Bakıya dəvətə görə festivalın təşkilatçılarına minnətdarlığını bildirib.

   Fyodor DostoyevskininGülməli adamın yuxusuadlı fantastik hekayəsi əsasında quruluş verilmişGülməli adamtamaşası gənc artist Fyodor Malışevin Besımusiqi qrupunun birgə işidir. Fyodor Malışev ssenari müəllifi baş rolun ifaçısı olmaqla yanaşı, bu tamaşada rejissor debütünü edib.

   Müəllif böyük yazıçının məşhur hekayəsini yeni tərzdə mənalandıraraq onu 45 dəqiqəlik monoloqu xüsusi musiqi müşayiəti olan monotamaşaya çevirib. Musiqi heyrətamiz qəhrəmanın bir-birini ani əvəz edən emosiyalarına uyğundur. Tamaşanın fəlsəfi ideyası Xristianlıq dininin on əsas ehkamlarından biridir: “Yaxın adamlarını özünü sevdiyin kimi sev”. Bu adi həqiqət gülməli insana yuxuda ikən açılır. O özünü öldürərək müqəddəs torpağa düşür. Cənnətə oxşayan bu məkanda insanlar əzab-əziyyətin olduğunu hələ bilmir, onlar hamısı doğulandan ölənə qədər xoşbəxtdirlər, lakin bu qonağınsayəsindəmüasir dünyanın naqislikləri onlara da yoluxur. Çünki yaşadığı torpaqda xoşbəxtliyisöndürən”, cəmiyyəti ləkələyən, onu özünün istədiyi kimi yaşamağa öyrədən məhz insandır. Özünü necə sevirsənsə, başqalarını da elə sev. Vəssalam, bundan artıq heç lazım deyil” - indi son dərəcə adi olan bu sözlər həmişəkindən daha aktual səslənir. Gülməli adamın sözləri müasir dövrün ağrı-acılarını əks etdirir. Əgər biz hamımız bu həqiqəti qəbul etsəydik, onda müharibələr olardı, terror.

   Tamaşa zalın alqışları ilə qarşılanıb.

   * * *

   Festivalın proqramına məşhur birpərdəli baletlər daxil idi. Layihənin son günü - noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında RusiyanınNovıy Baletteatrı baletmeyster Konstantin Keyxelin quruluşundaSovrulanlar”, Kiril Radevin quruluşundaÇevrilmə” (F.Kafkanın əsərinin motivləri əsasında) Françesko Ventrilyanın quruluşunda “Bolero” baletlərini təqdim edib.

   Sovrulanlarbaleti küləyin magiyası haqqındadır. Bütün zamanlarda insanlar küləyə ilahi qüvvə kimi yanaşıblar. Bir çox rəvayətlərdə külək ayrı-ayrı tanrıların obrazlarında çıxış edir.

   Çevrilməbaleti səhnədə baş qəhrəmanın yaşadığı anlaşılmaz, dramatik alın yazısı ilə bağlı fantastik ab-hava yaradıb. Bu səhnə əsəri həqiqət cəfəngiyat arasında incə sədd dramanı qroteskə çevirməklə tamaşaçını qeyri-reallıq fantasmaqoriya dünyasına aparır, insan taleyi haqqında düşünmək üçün əsas verir.

   Moris Ravelin “Bolero” baleti taleyin əzablı yolları ilə mübarizədə insanın gücünü təsvir edir. Bolero”nun hər bir notu, balet artistlərinə bu ecazkar musiqinin duyğularını qüdrətini ötürməyə vadar edir. Taleyin dönüklüyü ilə insanın mübarizəsi sonda zəfər çalan sevginin timsalında kulminasiya nöqtəsinə çatır, qüvvə ehtirasın bir-birinə qovuşması ilə tamamlanır.

   * * *

   Festival çərçivəsində “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış musiqiçilər Bencamin Britten Sofiya Qubaydulina konsert proqramı ilə çıxış edib. Bencamin Britten “Frenk Bric mövzusunda variasiyalar Sofiya Qubaydulina isəFachwerkadlı ən məşhur kompozisiyalarını səsləndirib.

   Musiqili gecədə, həmçinin Ukrayna əsilli almaniyalı akkordeon ifaçısı Roman Yusipey çıxış edib. İfaçıları Xalq artisti Yalçın Adıgözəlovun idarəsi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.

 

Mədəniyyət.- 2017.- 8 noyabr.- S.6.