Keşikçidağqoruğu beynəlxalq forumda təmsil olunub

 

 

   Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu (Ağstafa rayonu) ərazisindəki abidələr - mağaralar, qədim inanc yerləri, kurqanlar, qala, məbəd, divartavanlarda yağlı boya ilə çəkilmiş dini mövzuda rəsm əsərləri (freskalar) Azərbaycanın hüdudlarını aşaraq beynəlxalq səviyyədə də marağa səbəb olub. Hər il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Keşikçidağqoruğu beynəlxalq səviyyəli elmi-praktik konfranslarda iştirak edirqoruğa aid olan maddi mədəniyyət nümunələrini həmin tədbirlərdə nümayiş etdirir.

   Çin Xalq Respublikasında 27-29 oktyabr tarixində təşkil olunan III Beynəlxalq Mural Forumuna daKeşikçidağda turizmin inkişaf perspektivləri” adlı elmi məruzə göndərilmişdi. Məruzə təşkilatçılarda böyük maraq oyatdığından forumun gündəliyinə salınıb və “Keşikçidağqoruğunun direktoru Musa Mursaquliyev tədbirə dəvət olunub. Tədbirə ölkəmizdən digər iştirakçılar da qatılıb.

   Konfransda iştirakçıların diqqətinə çatdırılıb ki, tolerant bir ölkə olaraq Azərbaycanda müxtəlif dövrlərdə yaradılan, fərqli dini etiqadlara xidmət edən abidələrə münasibət həmişə müsbət olub. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğundakı maddi mədəniyyət nümunələri də zamanla fiziki təsirlərə məruz qalmasına baxmayaraq, öz tarixi simalarını indiyədək qoruyub saxlayıb. Həmin mədəniyyəti bizlərə miras qoyub getmiş istər atəşpərəstlər, istərsə də xaçpərəstlər mahiyyət etibarilə eyni məqsədə - mənəvi-əxlaqi kamilliyə can atmış, tanrıçılıq fəlsəfəsini təbliğ edərək, onun carçısı olmuşlar. Qeyd olunub ki, mağara-məbədlərin həm müqəddəs yer kimi ziyarət edilməsi, həm də oraya turistlərin cəlb edilməsi tolerantlığın təntənəsi olmaqla yanaşı, bu abidələrin dünyaya tanıdılmasında da əhəmiyyətli rol oynayar.

 

 

Mədəniyyət.- 2017.- 8 noyabr.- S.8.