Argentina uşaq yazarının kitabı Azərbaycan dilində

 

 

 

   Müasir Argentina uşaq ədəbiyyatının tanınmış siması - yazıçı Mariya Elena ValşınDailan Kifkiadlı əsəri Azərbaycan dilində işıq üzü görüb. Kitab Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentinanın ölkəmizdəki səfirliyinin birgə layihəsi əsasında ərsəyə gəlib.

   Tərcümə Mərkəzindən bildirilib ki, orta məktəb şagirdlərinin mütaliəsi üçün nəzərdə tutulan nəfis tərtibli kitab sahibi tərəfindən tərk edilmiş filin macəralarından bəhs edir.

   Əsərin ispan dilindən tərcüməçisi Emin Ələsgərov, redaktoru isə İlqar Əlfidir.

 

Mədəniyyət.- 2017.- 8 noyabr.- S.15.