“Yaylıqlarımda Azərbaycan motivlərinə
üstünlük verirəm”
Əslən Şamaxıdan olan rus modelyer Parisdə
moda həftəsinə
qatılıb
Əslən Azərbaycandan olan
rus modelyer-dizayner
Aleksandra Salamaxina orijinal
şərf və baş örtüklərinin
müəllifi kimi tanınır. Modelyer bu
nümunələri Azərbaycanın
milli ornamentlərindən
istifadə edərək
yaradır və “Salamakhina Azerbaijan” brendi ilə dünyada tanıdır.
Bu günlərdə
Parisdə keçirilən
moda həftəsində
iştirak edən modelyer yenə öz kolleksiyası ilə diqqət çəkib. Əslən
molokan olan babasının vaxtilə Şamaxıda məskunlaşdığını
vurğulayan A.Salamaxina
deyir ki, həyatımın çox
hissəsini Azərbaycanda
yaşamışam: “Bu səbəbdən
də oranın mədəniyyəti, dili,
mətbəxi mənə
daha doğmadır. Bakı Dövlət Universitetinin Kimya fakültəsində
oxumuşam, sonra təhsilimi Böyük Britaniyada davam etdirmişəm. Hazırda ekologiya
sahəsində çalışsam
da, vaxtilə incəsənət sahəsini
seçmək arzumu reallaşdırıb dizayn
və moda ilə də məşğul oluram.
Beş il əvvəl bu işə başladım və baş örtükləri,
şərflərin dizaynında
öz brendimi yaratdım”.
Dizayn konsepsiyası barədə
danışan modelyer bildirir ki, məqsədim
ənənəni trendə
çevirmək və
tarixi qorumaqla rənglərdə təəssürat
yaratmaqdır: “Yaylıqlarımda
Azərbaycan motivləri
üstünlük təşkil
edir, çünki bu mövzular mənə daha yaxındır”.
Parisdəki moda həftəsinə ilk dəfə qatılan A.Salamaxina 12 libası təqdim edib: “Kolleksiya möhtəşəm qarşılandı. Xüsusilə də basma naxışlar və ornamentlərə maraq çox idi. Azərbaycanın etnik kolorit motivləri yetərincədir və bu nüans dünya modasını cəlb etmək iqtidarındadır. Biz bütün kolleksiyalarımızı butaya bağlamalı deyilik. Çünki bu ornament artıq yetərincə təbliğ edilib və dünyada tanınır. Müxtəlif naxışları dünya arenasına çıxarıb Azərbaycanın mədəni irsini nümayiş etdirə bilərik. Məsələn, növbəti kolleksiyamda Azərbaycanın müxtəlif rayonlarına səfər etdiyim zaman topladığım maraqlı fotolardan istifadə etmək fikrindəyəm. Bu kolleksiya “Bizim kəndimiz” adlanacaq. Azərbaycanın təbiəti gözəldir, ilin müxtəlif fəsillərini podiumda təqdim etmək fikrindəyəm. Bu mövsümün ilk yun şallarından biri biz tez-tez gəldiyimiz qar örtülü Zaqatalaya həsr olunacaq. Daha sonra bahar kolleksiyasını sınaqdan keçirəcəyəm”.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 8
noyabr.- S.16.