Tofiq Quliyevin 100 illiyi adını daşıyan məktəbdə qeyd edilib

 

    

 

   Noyabrın 7-də Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Tofiq Quliyevin 100 illik yubileyi münasibətilə sənətkarın adını daşıyan 12 nömrəli Musiqi məktəbində konsert keçirilib.

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən konsertdə idarənin rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

   Şagirdlərin ifasında Tofiq Quliyevin “Rəqs”, “Mahnı”, “Vals”, “Bakılıyam mən”, “Faytonçu”, “Sənə də qalmaz” və başqa əsərləri səsləndirilib. Məktəbin xor kollektivinin ifasında bəstəkarın “Sabahın xeyir, Azərbaycan”, “Neftçi mahnısıda maraqla dinlənilib.

 

Mədəniyyət.- 2017.- 15 noyabr.- S.10.