Müslüm Maqomayev gənclərin ifasında”

 

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş müsabiqə elan edilib.

   Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə 8-16 yaşlı uşaq və yeniyetmələr arasında 2 nominasiya (vokalestrada oxuma) və 3 qrup (I qrup: 8-10 yaş, II qrup: 11-13 yaş, III qrup: 14-16 yaş) üzrə keçirilir.

   Müsabiqədə Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər iştirak edə bilərlər.

 

Mədəniyyət.- 2017.- 15 noyabr.- S.3.